"Səbail" 3 gündür ki, "ASCO Arena"dan aralı düşüb.

Rekord.az xəbər verir ki, Bayıl təmsilçisi hazırlıqlarını Sumqayıtdakı "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçirir.

Tək əsas yox, əvəzedici komandada məşqlərini keçmək üçün Sumqayıta yollanır. Bunun səbəbinə gəlincə, səbəb "ASCO Arena"nın süni örtüyündə yaranan problemdi. Həmin problem orada məşq etməyi mümkünsüz edir. "Səbail"in daha neçə gün Sumqayıtda məşq edəcəyi məlum deyil.