"Turan Tovuz"un növbəti mövsüm üçün ilk transferi böyük ölçüdə çərçivə ilə bağlı olacaq.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb hazırda komandada olan qapıçıların stabil oynaya bilməməsidir.

Xüsusilə Aydın Bayramovun "Zirə" ilə son matçda etdiyi kobud səhv Ayxan Abbasovu buna məcbur edir. Çünki digər qapıçı Tərlan Əhmədli də stabil oynamır. Məhz bu səbəbdən Abbasov bəzən məcbur olub 39 yaşlı Kamal Bayramovu qapıya qoymalı olur.