Bazar günü keçiriləcək "Sumqayıt" - "Qarabağ" matçına böyük maraq var.

Rekord.az xəbər verir ki, satışa start verilən gün, yəni çərşənbə axşamı artıq 1200 bilet satılmışdı.

Klubun mətbuat katibi Zaur Xudiyevdən aldığımız son məlumata görə isə artıq satışa çıxarılan biletlərin 4 mini satılıb. Hazırkı gedişat davam etsə, oyun günü tribunalarda boş yerin olmayacağnı indidən düşünmək olar.