Əvəzedicilər Liqasında 31-ci tura start verilib.

Rekord.az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

Həm “Turan Tovuz-2” – “Sumqayıt-2”, həm də “Araz-Naxçıvan-2” – “Səbail-2” oyunları qonaq komandaların qələbəsiylə yekunlaşıb.

Əvəzedicilər Liqası
31-ci tur

20 aprel

“Turan Tovuz-2” – “Sumqayıt-2” 1:6
Qollar: Sadiq Şəfiyev, 84-pen - Qabil Əlizadə, 14. Raul Məmmədov, 45+2-öz qapısına. Uğur Cahangirov, 58. Sənan Muradlı, 64; 78. Rüstəm Hümbətov, 70.
Tovuz şəhər stadionu, 14:00.

“Araz-Naxçıvan-2” – “Səbail-2” 0:2
Qollar: Oruc Məmmədov, 64. Taleh Qarayev, 87.
Binə qəsəbə stadionu, 16:00.