Premyer Liqada oynamaq üçün "Neftçi" İdman Klubundan ayrılaraq müstəqil klub olmağa qərar verən "Qaradağ Lökbatan" təmsil etdiyi məkanı da dəyişə bilər.

Etibarlı mənbədən Rekord.az-a daxil olan məlumata görə, hazırda I Liqada lider olan sözügedən komanda elitaya vəsiqə qazanacağı halda Ağsuya köçə bilər..

Məhz AFFA belə bir təşəbbüsdə maraqlıdır. Nəzərə alaq ki, Ağsu stadionu məhz federasiyanın sərəncamındadır və hazırda da təmir olunur. Lakin bunun baş verməsi üçün öncə "Qaradağ Lökbatan"ın mövsümü zirvədə bitirməsi və bəzi hüquqi prosedurların yerinə yetirilməsi lazımdı.