AFFA növbəti mövsüm I Divizionda da say artımını istıdiyini dilə gətirib. Amma hər kəsə məlumdur ki, bizim federasiya həmişə dildə başqa, əməldə başqa iş ortaya qoyub. Federasiyanın növbəti mövsümdən "Xan Lənkəran", "Cəbrayıl" və "Energetik" kimi komandaları I Dviziona gətirəvəyi ilə bağlı xəbərlər dolaşır.

 

Rekord.az-ın əldə etdiyi məlumata görə, AFFA-nın bu işdə də səmimi olacağına böyük şübhələr var.

 

Çünki bizə daxil olan məlumata görə, divizionda oynamaq üçün daha öncədən qoyulan şərtlərdə yumlaşma gözlənilmir. Yeni komandalar ilk növbədə 3 il "Region Liqası"nda çıxış etməlidir. 3 ildən sonra I Divizion üçün AFFA-ya müraciət oluna bilər, amma bu zaman da 200 minlik bank zəmanəti də mütləq şəkildə təqdim olunmalıdır. Bu şərtlərdə yumşalma olmasa, I Divizionda say artımı real görünmür.