Növbəti mövsüm Premyer Liqada komanda sayının artımı haqda müzakirələr getdiyi üçün müxtəlif komandaların adlarının hallanması normaldı.

Rekord.az xəbər verir ki, bu sırada daha çox region təmsilçiləri vurğulanır.

Əldə etdiyimiz məlumata görə, hazırda I Divizionda çıxış edən komandalar arasında ilk sırada “Kəpəz”in adı çəkilir. Son məlumat isə MOİK-lə bağlıdır. Bölgə təmsilçilərindən olan “Zaqatala”nın adı ümumiyyətlə, federasiyanın müzakirələr siyahısında yoxdur.