"Aston Villa"  icarə əsasında komandada çıxış edən qapıçı Robin Olseni birdəfəlik heyətinə qatacaq.

Rekord.az  İtaliya mətbuatına istinadən xəbər verir ki, müqavilə ilə "Roma"ya məxsus olan isveçli qolkiper İngiltərə klubu ilə razılaşıb. Xəbərə görə, Birmingem təmsilçisi  3,5 milyon avro olan satınalma hüququndan istifadə edəcək.

Qeyd edək ki, qışdan icarə əsasında çıxış etdiyi  "Aston Villa"da cəmi bir oyuna çıxan 32 yaşlı qapıçı üç top buraxıb.