Azərbaycanın 3x3 qadın basketbol millisi Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün təsnifat oyunları keçirəcək.

Rekord.az xəbər verir ki, yığma ötən ilin yayında Dünya Qadın Seriyasının mərhələ matçlarında qazandığı reytinq xallarına görə bu şansı əldə edib.

Dünya Qadın Seriyasında dörd dəfə mərhələ qalibi olan “Neftçi” klubunun və millimizin heyətində iştirak etmiş basketbolçuların topladıqları yüksək reytinq xallarına görə komanda iki təsnifat oyunu keçirmək şansı qazanıb.

İlk təsnifat oyunları 2024-cü ilin 17-18 aprel tarixlərində baş tutacaq. İkinci təsnifat görüşləri gələn ilin iyununa planlaşdırılır.