Türkiyə 1-ci liqasının 28-ci turunda Azərbaycan millisinin futbolçuları üz-üzə gəliblər. 

Rekord.az xəbər verir ki, Bəxtiyar Həsənəlizadənin çıxış etdiyi “Tuzlaspor” Coşqun Diniyevin oynadığı “Ümraniyəspor”u qəbul edib. 

Oyun 1:1 hesabı ilə başa çatıb. Həsənlizadə start heyətdə meydana daxil olub və sonadək oynayıb. Diniyev isə 90+5-ci dəqiqədə əvəzlənib. 

“Tuzlaspor” hazırda 28 xalla turnir cədvəlinin 15-ci, “Ümraniyəspor” isə 34 xalla 11-ci pilləsində yer alıb.