II Liqanın son turunda ən yaxın izləyicisi olan "Cəbrayıl"ı səfərdə 1:0 hesabı ilə məğlub edən "Baku Sportinq" bununla da xallarının sayını 52-ə çatdıraraq I Liqa yolunda daha bir uğurlu addım atmış oldu.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi I Liqada oynamağa iddialıdır və lisenziyalaşdırma ilə bağlı sənədlərini AFFA-ya təqdim ediblər.

Komandanın I Liqada oynayacağı rəsmləşsə, komanda ev oyunlarını keçirəcəyi məkanı da dəyişəcək. Belə ki, II Liqada rəqiblərini Binədə qəbul edən "Baku Sportinq" I Liqada Buzovnada, əsaslı təmirdən çıxmış stadionda oynamğı planlaşdırır.