"Barselona"nın futbolçusu Kleman Lanqle komandanı tərk edə bilər.

Rekord.az xəbər verir ki, fransız müdafiəçi ilə "Arsenal", "Tottenham" və "Nyukasl" maraqlanır.

Lanqle Kataloniya klubunda az oyun keçirməsindən narazıdır.

Futbolçu 2018-ci ildə "Sevilya"dan "Barselona"ya transfer olunmuşdu.

Geridə qalan mövsümdə İspaniya təmsilçisində bütün turnirlər nəzərə alınmaqla 27 oyuna çıxan Fransa millisinin üzvü 1 məhsuldar ötürmə ilə yadda qalıb.