“Çelsi” və Almaniya millisinin forvardı Kay Havertz ölkəsinə qayıtmaq variantı yaranıb.

Rekord.az xəbər verir ki, "Bavariya" onu heyətinə qatmaq istəyir.

Hətta Münhen təmsilçisi 23 yaşlı futbolçu üçün danışıqlara da başlayıb və bu transfer üçün 58 milyon avro ödəməyə də hazırdı.

Lakin klubun idarə heyətində yer alan bəzi şəxslər bu məbləği futbolçu üçün çox hesab edib. Onların fikrincə, Havetsz yaxşı futbolçu olsa da, 58 milyon onun üçün yüksəkdir.