“Hoffenhaym”ın yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, komandanı bundan sonra Pelleqrino Mataratso çalışdıracaq.

O, Bundesliqa klubu ilə 2025-ci ilin yayına kimi anlaşıb.

Mataratso uğursuz nəticələrə görə istefaya göndərilən Andre Braytenrayteri əvəz edib. 

45 yaşlı Mataratso daha öncə də “Hoffenhaym”da çalışıb. O, 2017-2018-ci illər aralığında klubun əvəzedici komandasına rəhbərlik edibsə, 2019-cu ilə qədər də əsas komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib. Onun sonuncu iş yeri isə “Ştutqart” olub.