Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Rekord.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

İngiltərə təmsilçilərindən “Liverpul” Portuqaliyada 3:1 hesabı ilə qalib gəldiyi “Benfika”nı bu dəfə doğma meydanda qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Beləcə, növbəti mərhələyə İngiltərə təmsilçisi vəsiqə qazanıb.

“Mançester Siti” isə İspaniyada Madrid “Atletiko”sunun qonağı olub. “Şəhərlilər” evdəki ilk görüşdə minimal hesablı qələbə qazanmışdı. Bu qarşılaşmada ümumiyyətlə qapılara qol vurulmayıb. Bu üzdən yarımfinala Mançester klubu yüksəlib.

Beləliklə, yarımfinalda “Liverpul” İspaniya “Vilyarreal”ı ilə, “Mançester Siti” isə Madrid “Real”ı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları

13 aprel

“Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) 3:3
Qol: Konate, 21. Firmino, 55: 65 – Ramos, 32. Yaremçuk, 74. Nunez, 83.
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun – 3:1

“Atletiko” Madrid (İspaniya) – “Mançester Siti” (İngiltərə) 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun – 0:1