Cüdo üzrə kişilərdən ibarət yığma komandanın baş məşqçisi dəyişib. "Rekord.az" xəbər verir ki, bundan sonra bu postu alman Riçard Trotmann tutacaq. 

O, yeni işində Mövlud Mirəliyevi əvəzləyib.

Yeni yaradılacaq performans direktoru vəzifəsinə isə niderlandlı mütəxəssis Mark van de Ham gətirilib. Hər iki mütəxəssis martın 1-də vəzifələrinin icrasına başlayacaq.

Qeyd edək ki, Riçard Trautman 1992 və 1996-cı illərdəki Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Mark van der Ham məşqçilik fəaliyyətinə 2006-cı ildə Rotterdam klubunda başlayıb. 44 yaşlı mütəxəssis 2012 - 2016-cı illərdə ölkəsinin yığma komandasında məşqçi və baş məşqçi kimi çalışıb. Mark van der Ham 2017-ci ildə Belçikanın gənclərdən ibarət komandasının baş məşqçisi kimi fəaliyyətə başlayıb, 2018-ci ildə böyüklərdən ibarət millinin, 2020-ci ildə isə bütün yığmaların baş məşqçisi təyin edilib.