PSJ-nin argentinalı futbolçusu Anxel Di Mariya yığma komandada karyerasını başa vuracaq.

Rekord.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi özü bu məsələ barəsində danışarkən belə deyib:

"Dünya çempionatından sonra millidən getməyin vaxtıdı. Bizim dünya səviyyəsinə yaxınlaşan, özünü sübut etmək üçün hazır olan çoxlu gənc futbolçularımız var. Qətərdə keçiriləcək mundialdan sonra mən gedəcəm".

34 yaşlı yarımmüdafiəçi 2008-ci ildən çağrıldığı Argentina millisində 121 oyunda 24 qol vurub.