Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev San-Marino və Malta komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının 2-ci tur oyununu idarə edəcək.

Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

İyunun 5-də San-Marinonun Serravalle şəhərində keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.