Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 37-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Orenburq”la qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O da bu görüşə start heyətdə başlayıb və 80-ci dəqiqədə əvəzlənib.

“SKA-Xabarovsk” 37 turdan sonra 65 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.