Məlum olduğu kimi, "Qəbələ" hazırkı baş məşqçi Elmar Baxşıyevi postunda saxlayıb və onunla yeni müqavilə bağlayıb.

 

Rekord.az xəbər verir ki, əslində bu razılaşma hələ fevral ayında əldə edilmişdi.

 

Bu haqda həmin vaxt saytımızda xüsusi xəbər də getmişdi. Rəhbərlik mövsümün sonunda hansı nəticənin qeydə alınacağından asılı olmayaraq, Baxşıyevi postunda saxlayacağına qərar vermişdi və baş məşqçi də təklifi qəbul etmişdi. Əslində rəsmi müqavilə mövsümün sonunda bağlanmalı idi. Lakin son zamanlar komandanın uğusuz çıxışı fonunda rəhbərlik həm baş məşqçiyə, həm də futbolçulara mənəvi dəstək olmaq üçün bunun aprel ayında açıqladı. Sual oluna bilər ki, futbolçulara nə dəxli, iş ondadır ki, futbolçular da yola bu baş məşqçi ilə davam edəcəklərindən əmin olub onun rəhbərliyi altında müsbət mənada seçilməyə çalışacaqlar.