Millimizin sabiq üzvü Elvin Məmmədov böyük ehtimalla qışda "Sumqayıt"dan ayrılacaq.

Rekord.az xəbər verir ki, son zamanlar nəinki əsas heyətə, heç "18-liy"ə də düşə bilməyən tovuzlu futbolçu həm də zədədən əziyyət çəkir.

Üstəlik, gələn il Məmmədovun 34 yaşı olacaq ki, bu məqam da futbolçunun oyununa öz təsirini göstərir. Buna görə də Ayxan Abbasov Elvini daha cavan bir futbolçu ilə əvəzləməyi düşünür.