Türkiyənin "Fənərbaxça" klubu "Qalatasaray"a qarşı keçirəcəkləri ölkə super kuboku matçına U-19 komandası ilə çıxacaq.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul klubunun vitse-prezidenti Erol Bilecik bildirib.

Klub rəsmisi Türkiyə Futbol Federasiyasına məktub yolladıqlarını söyləyib: "Qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağıq".

O, qarşıdakı iki mövsümdə Türkiyə Kubokunda mübarizə aparmayacaqlarını da sözlərinə əlavə edib.

Xatırladaq ki, super kubok matçı aprelin 7-də reallaşacaq. “Fənərbaxça” avrokubok matçına görə bu görüşün başqa tarixdə keçirilməsini və əcnəbi hakim tərəfindən idarə olunmasını tələb edirdi.