06-09 iyul 2023-cü il tarixlərində Macarıstanın Kapoşvar şəhərində güləşin yunan-roma və sərbəst növləri üzrə yeniyetmələr (U-15) arasında Avropa çempionatı keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan Respublikasının milli komandasının tərkibində yarışa qatılan “Təhsil” RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsin yetirmələri İsa Yusibov ( məşqçi-müəllim Arzu Rəhimov) 57 kq çəki dərəcəsində 2-ci, Həsən Həsənov (məşqçi-müəllim Rafiq Xəlilov) 48 kq çəki dərəcəsində 3-cü, Zenit cəmiyyətinin yeniyetməsi İsmayıl Hüseynov ( məşqçi-müəllim Məmmədov Səbuhi) isə 52 kq çəki dərəcəsində 2-ci yerə layiq görülmüşdürlər.

11 iyul 2023-cü il tarixində Heydər Əliyev adına Park-Kompleksində idmançıların qarşılanma mərasimi keçirilmişdir. Tədbirdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, idman ictimaiyyətinin nümayəndələri və idman təşkilatlarının rəhbərləri iştirak edərək qaliblərə öz səmimi təbriklərini çatdırmış və onlara gələcək yarışlarda uğurlar arzu etmişdir.

Tədbirin sonunda xatirə fotoşəkli çəkilmişdir.