Xəbər verdiyimiz kimi, "Sumqayıt" Futbol Akademiyasının baş koordinatoru Hakan Sünal AFFA-nın təşkil etdiyi "Pro" kateqoriyalı kurslardan kəsilib.

Rekord.az xəbər verir ki, imtahandan kəsilən türk əsilli Almaniya vətəndaşı buna görə "Sumqayıt"ın prezidenti Riad Rəfiyevdən inciyib.

Buna səbəb isə Rəfiyevin ona "Pro" almaqda lazımı köməyi göstərməməsidir. Sünal gözləyirdi ki, hər hansı problem olacağı halda Rəfiyev AFFA-dakı əlaqələrini işə salıb onun kateqoriya almasını təmin edəcəkdi. Lakin göründüyü kimi, klub prezidenti Sünala görə heç kimə ağız açmayıb.