Bu gün İcraiyyə Komitəsinin iclasından əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri “Dalğa Arena”da Azərbaycan milli komandasının məşqini izləyiblər.

Rekord.az xəbər verir ki, Rövnəq Abdullayev Estoniya millisi ilə oyunda milli komandamıza uğurlar arzulayıb.

Həmçinin doğum günü münasibətilə milli komandanın baş məşqçisi Canni De Byazini təbrik edib, ona Azərbaycan milli komandasının xatirə formasını təqdim edib.