"Çelsi" heyətinə yeni futbolçu qatmağa yaxındır.

Rekord.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

London təmsilçisi "İnter"in 19 yaşlı yarımmüdafiəçisi Çezare Kasadeyi sıralarına qatmağa hazırlaşır.  "Çelsi" hazırda oyunçunun meneceri Paolo Busardo ilə danışıqlar aparır. Tərəflərin yaxında ortaq məxrəcə gələrək müqavilə imzalayacağı bildirilib. 

Qeyd edək ki, Çezare 2018-ci ildən Milan təmsilçisinin formasını geyinir.