"Kəpəz"in və "Neftçi"nin sabiq futbolçusu Dario Federiko yenidən Azərbaycana qayıda bilər.

Rekord.az xəbər verir ki, "Kəpəz" braziliyalı futbolçunu heyətinə cəlb etmək istəyir.

Düzdür, hələlik legioner məsələsi ilə bağlı AFFA-dan konkret şərtlər təqdim olunmayıb. Bununla belə, Gəncə təmsilçisi hər ehtimala qarşı, futbolçuya öz istəyini çatdırıb. Hazırda klubsuz olan Darionun özünün isə yenidən "Kəpəz"ə qayıtmaqda maraqlıolub-olmadığı bilinmir.