"Tottenhem"dən ayrılacağı gözlənilən Harri Keynlə "Bavariya"nın ciddi maraqlanması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, İngiltərə millisinin hücumçusunu əldə etmək üçün daha bir dünya nəhəngi mübarizəyə qoşulub.

Söhbət "Mançester Yunayted"dən gedir. Hətta Britaniya mətbuatının iddiasına görə, Mançester təmsilçisi futbolçu ilə təmasa da keçib.