"Liverpul"un futbolçusu Tiaqo Alkantara sıradan çıxıb. 

Rekord.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 1-ci turunda "Fulhem"lə oyunda (2:2) bud nahiyəsindən zədə alıb. O, təminən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Tiaqo Premyer Liqanın 8-ci turunda sentyabrın 18-də "Çelsi" ilə keçirəcəkləri matça qədər sağala bilər.

Qeyd edək ki, Alkantara ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 39 oyunda 2 qol vurub.