"Mançester Siti" Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holandı transfer etməyə yaxındır.

Rekord.az xəbər verir ki, 21 yaşlı norveçli ulduzla danışıqların son mərhələdə olduğu bildirilir.

"Şəhərlilər" Dortmund klubuna nəhəng təklif göndəriblər.

Bura futbolçunun sərbəst qalması üçün tələb olunan 75 milyon avro və hücumçunun agenti Mino Rayolaya ödəniləcək

70 milyon avro komissiya ödənişi daxildir. Futbolçunun özünə 5 illik müqavilə və illik 30 milyon avro məvacib təklif olunur.

Holandın alman klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. “Transfermarkt” onun bazar dəyərini 150 milyon avro qiymətləndirir.