"Liverpul"un baş məşqçisi Yürgen Klopp komandadan ayrılacağı gözlənilən Sadio Maneyə əvəzləyici tapıb.

Rekord.az "Daily Mail"ə istinadən xəbər verir ki, mersisaydlar "Uotford"un hücumçusu Juan Pedro ilə müqavilə bağlamağa yaxındır. 

Mənbənin məlumatına görə, 20 yaşlı braziliyalı ilə prinsipial razılıq əldə olunub. Tərəflər hazırda keçidin dəyərini razılaşdırırlar.

Pedro 2020-ci ilin yanvarında "Uotford"a keçib. O vaxtdan bəri hücumçu bütün yarışlarda 74 oyunda 13 qol vurub və 5 məhsuldar ötürmə edib. Gənc forvardın hazırki klubu ilə müqavilənin müddəti 2025-ci ilin yayında başa çatır.