Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Rekord.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istindən xəbər verir ki, iclasın gündəliyinə daxil olunan məsələlərdən biri də futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat idi.

Komitə üzvləri Vitali Borisovun bu vəzifəyə təyinatını təsdiqləyib. 

Paralel olaraq “Araz Naxçıvan” klubunun da baş məşqçisi olacaq Borisov 2001-2019-cu illərdə Azərbaycan millisinin formasını geyinib.

Xatırladaq ki, Borisov hər iki postda Joze Alesio da Silvanı əvəz edib.