19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Lüksemburqda təşkil olunmuş qarşılaşmada Niderland yığması ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub.

Millimizin heyətində 86-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib. U-19 seçmə mərhələdə son oyununu noyabrın 21-də, saat 21:00-da meydan sahibi Lüksemburq yığmasına qarşı keçirəcək.