“Neftçi” rəhbərliyi komandaya yeni sponsorların cəlb olunması yönündə fəaliyyətə başlayıb.

Rekord.az xəbər verir ki, buna səbəb kluba böyük maliyyə ayıran Türk Hava Yollarının pandemiya səbəbindən xeyli maddi ziyan çəkməsi və klubla yeni müqavilədə xeyli aşağı məbləğ təklif etməsi olub.

Klub rəhbərliyi də bunu kompensasiya etmək üçün yeni sponsor tərəfdaşı axtarışına çıxıb. Əldə etdiyimiz məlumata görə, artıq bəzi şirkətlərlə danışıqlara da başlanılıb. Bunların arasında əcnəbi şirkətlər də var.