“Neftçi” PFK-nın yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.

Rekord.az xəbər verir ki, 29 yaşlı futbolçu millinin iştirakı ilə oktyabrın 9-dan 18-dək Malayziyada keçiriləcək “Merdeka” turnirinə qatılıb.

Qeyd edək ki, Caber Fələstin milli komandasının heyətində 4 oyunda meydana çıxıb.