Niderland millisinin sabiq futbolçusu Dirk Kuyt klub çalışdıra bilər.

 

Rekord.az  xəbər verir ki, mütəxəssis "Den Haaq"a baş məşqçi təyin oluna bilər. Artıq tərəflərin razılaşması haqqında məlumatlar yayılıb.

 

Karyerası ərzində "Ultrext", "Liverpul", "Fənərbaxça", "Feyenoord" kimi klublarda çıxış edən Kuyt 2018-ci ildə futboldan gedib. 

 

"Narıncılar"ın heyətində 104 oyunda 24 qol vuran sabiq hücumçu son olaraq RTL telekanalında şərhçilik edirdi.