“Neftçi” klubunu tərk edən ilk futbolçu bəlli olub.

Rekord.az xəbər verir ki, Huqo Basto “ağ-qaralar”la vidalaşıb.

Paytaxt təmsilçisi ilə müqaviləsi başa çatan 29 yaşlı müdafiəçi hazırda digər təklifləri nəzərdən keçirir. Bu barədə “A Bola” nəşri məlumat yayıb.

Xatırladaq ki, portuqaliyalı oyunçu 2021-ci ildən "Neftçi"nin formasını geyinirdi.