Braziliyanın "Paymeyras" klubunda çıxış edən Endrik Felipe Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.

 

Rekord.az xəbər verir ki, 16 yaşlı hücumçunu PSJ transfer etmək istəyir. Gənc futbolçunun atası Paris klubu ilə "Palmeyras" arasında danışıqların getdiyini təsdiqləyib.

 

PSJ-dən başqa "Real" və "Çelsi" də Braziliya U-21 millisinin üzvünün xidmətində maraqlıdır.

 

Qeyd edək ki, Endrik "Palmeyras"ın yetirməsidir. O, bu ilin yayından əsas komandada çıxış edir və meydana çıxdığı 14 matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.