Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da start götürən tədbirdə “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

Ağdam klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan çempionuna iki oyunun yekununda məğlub olacağı halda, yoluna Avropa Liqasında davam edəcək. Belə olan halda Azərbaycan çempionu “Şemrok Rovers” (İrlandiya) - “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. “Qarabağ”ın cütünün məğlubu Avroliqadakı ilk sınağında evdə oynayacaq.

Avroliqada pley-offun ilk oyunları 18 avqustda, cavab görüşləri 25 avqustda baş tutacaq.

Avropa Liqası
Pley-off mərhələsi

Dnepr-1 (Ukrayna) - AEK (Kipr)/Partizan (Serbiya) cütünün qalibi

Gent (Belçika) - Omoniya (Kipr)

Austriya (Avstriya) - Fənərbaxça" (Türkiyə)/Slovaçko (Slovakiya) cütünün qalibi

Linfild (Şimali İrlandiya)/Sürix (İsveçrə) cütünün qalibi - Harts (Şotlandiya)

Maribor (Sloveniya)/HJK (Finlandiya) cütünün qalibi - Silkeborq (Danimarka)

Malmö (İsveç)/Düdelanj (Lüksemburq) cütünün qalibi - Sivasspor (Türkiyə)

Ferentsvaroş (Macarıstan)/Qarabağ (Azərbaycan) cütünün məğlubu - Şemrok Rovers (İrlandiya)/Şkupi (Şimali Makedoniya) cütünün qalibi

Makkabi (Hayfa, İsrail)/Apollon (Kipr) cütünün məğlubu - Olimpiakos (Yunanıstan)/Slovan (Slovakiya) cütünün qalibi

Srvena Zvezda (Serbiya)/Pünik (Ermənistan) cütünün məğlubu - Şerif (Moldova)/Viktoriya (Çexiya) cütünün məğlubu

Ludoqorets (Bolqarıstan)/Dinamo (Zaqreb, Xorvatiya) cütünün məğlubu - Bodo Qlimt (Norveç)/Jalgiris (Litva) cütünün məğlubu