UEFA Millətlər Liqası turniri çərçivəsində iyunun 3-də Astana Arenada keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Mətbuat konfransları və mətbuat üçün açıq məşqlər oyundan bir gün öncə, yəni sabah - 2 iyunda baş tutacaq.

Azərbaycan milli komandası

Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Qazaxıstan milli komandası
 
Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Qeyd edək ki, tədbirlərin başlama saatı yerli vaxtla göstərilib.