Müqavilə ilə "Neftçi"yə məxsus olan və son mövsümü icarə əsasında "Şamaxı"da keçirən Rəhman Hacıyevin "Neftçi"də forma geyinmək istəyi haqda məlumat vermişdik. Lakin bu məsələ "ağ qaralar"ın baş məşqçisi postunda kimin olacağından asılıdır.

Rekord.az xəbər verir ki, Hacıyevin ölkə xaricinə yollanmaq variantı da ortaya çıxıb.

Belə ki, onun xidməti Türkiyə klublarına da təklif olunub. Əgər ciddi təklif olarsa, Hacıyevin Türkiyədə oynamaq variantı daha da reallaşacaq.