"Zirə"də daha bir təyinat gerçəkləşib.

Rekord.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıxov millidəki və "Qarabağ"dakı sabiq komanda yoldaşı Fərhad Vəliyevi öz məşqçilər korpusuna dəvət edib.

Vəliyev də bu dəvəti qəbul edib. 

Qeyd edək ki, Fərhad buna qədər "Səbail"də qapıçılarla işləyən məşqçi olub.