AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra "Şamaxı"nın I Diviziona düşməsi təsdiqləndi.

Rekord.az xəbər verir ki, bu qərardan sonra bölgə təmsilçisinin rəhbərliyi klubla müqaviləsi olan bütün futbolçulara azad transfer hüququ verib.

Yəni klubla müqaviləsi olan istənilən futbolçu istədiyi başqa komandaya keçə bilər. Çünki müqavilədə nəzərdə tutulan şərtlər Premyer Liqa standartları üçün nəzərdə tutulmuşdu. İndiki halda isə komandanın I Divizionda oynayıb-oynamayacağı belə, dəqiq deyil. Hətta oynasa belə, büdcə Premyer Liqada olduğu qədər olmayacaq.