30 illik fasilədən sonra böyük futbolun Şamaxıya qayıdışı ciddi hadisə olsa da, bəzi neqativləe də üzə çıxmaqdadır.

 

Rekord.az xəbər verir ki, "Neftçi" ilə oyunda bir qrup şəxs qeyri-qanuni bilet satışı ilə məşğul olub.

 

Bununla bağlı saytımıza məlumat daxil olub. Bilet satışında neqativ heç nə yoxdur, istənilən klub öz ev oyununda bilet satışı təşkil edə bilər. Lakin iş orasındadır ki, "Şamaxı" klub olaraq rəsmi şəkildə belə bir iş həyata keçirməyib. Yəni öncədən də məlum idi ki, oyuna giriş pulsuz olacaq. Lakin oyunun startından öncə bəzi şəxslər əllərində bilet tutaraq oyuna gələn azarkeşlərdən bilet almağı tələb edib. Biletin qiyməti isə 2-3 manat arası olub. Hətta 1 manat verib bilet alanlar da olub. Sual doğuran məqam budur ki, bu işi kim təşkil edib və məqsədi nə olub? O biletləri kim sifariş verib, harda çap olunub, satışı kim tərəfindən təşkil olunub.