“Şamaxı”da “yarpaq tökümü” davam edir.

Rekord.az xəbər verir ki, “şirlər”i daha bir futbolçu tərk edib.

Söhbət millinin üzvü Şəhriyar Əliyevdən gedir. Müdafiəçinin yeni komandası da bəlli olub. 29 yaşlı futbolçu saytımıza açıqlamasında “Səbail” və ya “Sumqayıt”a keçəcəyini söyləsə də, fikrini dəyişib. O, növbəti həftə premyer-liqanın yeni təmsilçisi “Turan Tovuz”la razılaşacaq. Şəhriyarın fikrini dəyişməsinə səbəb Ayxan Abbasov olub. Təcrübəli mütəxəssis müdafiəçini komandasına şəxsən dəvət edib.

Qeyd edək ki, Şəhriyar Əliyev “Turan Tovuz”la 1 illik müqavilə bağlayacaq.