"Şamaxı" ilə icarə müqaviləsi başa çatan Rəhman Hacıyev müqavilə ilə məxsus olduğu "Neftçi"nin düşərgəsinə qayıdıb. 

Rekord.az xəbər verir ki, onun burada qalıb-qalmayacağı baş məşqçi məsələsindən asılı olacaq.

Əgər Samir Abasov postunda qalsa, Rəhman yenidən özünə yeni klub axtarmalı olacaq, çünki Abasov Hacıyevi komandasında görmək istəmir. Ancaq başqa baş məşqçi olsa, o zaman Hacıyev həmin məşqçi ilə görüşüb "Neftçi"də özünü göstərmək üçün şans istəyəcək. Çünki futbolçu özü ilk növbədə "Neftçi"də forma geyinmək istəyir.