"Səbail"də sular müəyyən qədər durulub. Aftandil Hacıyevin komandada qalacağı ilə bağlı daha öncədən məlumat vermişdik.

Rekord.az-a daxil olan yeni məlumata görə, artıq büdcə ilə bağlı məsələyə də aydınlıq gəlib.

Saytımıza daxil olan məlumata görə, növbəti mövsüm üçün "Səbail"in büdcəsi 2 milyon manat civarında olacaq.