Hazırda transfer bazarında aktivlik hökm sürür. Premyer Liqamızın əksər klubkarı bu aktivliyin içərisində olmağa çalışır.

Rekord.az xəbər verir ki, ən passiv klub bəlkə də "Sumqayıt"dır.

Sözügedən komanda yalnız 1-2 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmaqla kifayətlənib. Yeni transferlər, hətta onlarla aktiv danışıqlar da yoxdur. Əldə etdiyimiz məlumata görə, buna səbəb kluba növbəti mövsüm üçün nə qədər büdcənin ayırılacağı ilə bağlı dəqiq məlumatın verilməməsidir. Deyilənlərə görə, iyunun 10-a kimi büdcə məsələsi ilə bağlı SOCAR-dan dəqiq söz deyiləcək.