Türkiyənin “Hatayspor” komandasının yeni baş məşqçisi bəlli olub.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Sərkan Özbalta çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Özbalta son olaraq “Altay”a rəhbərlik edib. O, “Hatayspor”da mövsüm bitən kimi istefaya göndərilmiş Ömər Ərdoğanı əvəz edib.