"Beşiktaş" nigeriyalı hücumçu Antoni Nvakaeme ilə maraqlanır. 

 

Rekord.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor"la müqavilə müddətinin artırılması ilə bağlı razılaşma əldə edə bilməyən oyunçu klubu tərk edə bilər. Xəbərdə o da qeyd edilib ki, "ağ-qaralar" 33 yaşlı futbolçuya illik 2 milyon avrodan artıq maaş təklif edir.

 

Geridə qalan mövsümdə "fırtına"nın çempionluğunda böyük pay sahibi olan Nvakaeme 2018-ci ildən Qaradəniz təmsilçisində çıxış edir.

 

Qeyd edək ki, 2021-2022-ci il mövsümündə Super Liqada 30 oyuna çıxan nigeriyalı futbolçu 13 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.